Polis rəisi icra başçısının köməkçisini cəzalandırdı

5-09-2016, 01:29           
Polis rəisi icra başçısının köməkçisini cəzalandırdı
Xaçmazda maraqlı hadisə baş verib. Mia.az xəbər verir ki, rayona bir neçə ay əvvəl polis rəisi təyin edilən Nofəl Məhərrəmov rayonda qayda-qanuna əməl etməyən sürücülərə qarşı ciddi tədbirlərə başlayıb. Rayondakı mənbə xəbər verir ki, polis rəisi icra başçısı Şəmsəddin Xanbabayevin köməkçisinin də avtomobilini cərimə meydançasına aparılmasına göstəriş verib.

Maşının hansı səbəbdən aparılaması haqda sayta verilən məlumatı dəqiqləşdirə bilmədiyimizdən yazmadıq. Bəzi xəbərlərə görə, az əvvəl İcra Hakimiyyətinin qanunları pozan digər bir əməkdaşının da maşını belə saxlanılıbmış...

Onu da qeyd edək ki, N.Məhərrəmov iyun ayında Xaçmaza rəis təyin edilib. O, bu vəzifəsinə qədər Nizami rayon polis idarəsinin rəisi işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru