Yumurtanın gözlənilməz faydalı xüsusiyyətləri ortaya çıxdı

10-01-2025, 08:58           
Yumurtanın gözlənilməz faydalı xüsusiyyətləri ortaya çıxdı
Çin alimlərinin Poultry Science jurnalında dərc olunan son araşdırması yumurta yeməyin əvvəllər məlum olmayan müsbət tərəflərini üzə çıxarıb.Foodinfo.az xəbər verir ki, Siangsu əyalətinin Quşçuluq Elmi İnstitutunun tədqiqatçıları yumurtada olan müxtəlif qida maddələrinin piylənmə riskinə təsirini təhlil ediblər. Əsas tapıntılardan biri də yumurtanın müntəzəm istehlakının gənclərin sağlamlığına müsbət təsir etməsidir. Gündəlik yumurta yeyənlər yumurtadan qaçanlardan daha çox lutein, zeaksantin, xolin, B2 və D vitaminləri, selenium, dokosaheksaenoik turşu və zülal alırlar. Bu, pəhrizin ümumi qida dəyərini yaxşılaşdırır və əsas qida maddələrinə olan ehtiyacı ödəyir.Digər araşdırmalar yumurta ağının yüksək həzm olunduğunu, immunitet sistemini gücləndirdiyini və qan təzyiqini aşağı salmağa kömək etdiyini təsdiqləyib. Yumurta həm də əzələ sağlamlığını yaxşılaşdırır, yaşlı insanları sarkopeniyadan – yaşa bağlı əzələ itkisindən qoruyur, yağ metabolizmasını tənzimləməyə kömək edir və piylənmənin qarşısını alır.Üstəlik, Çin alimləri müəyyən ediblər ki, yumurtanın orta səviyyədə istehlakı qan lipidlərinin səviyyəsinə praktiki olaraq heç bir təsir göstərmir.Tədqiqatçılar həmçinin qeyd ediblər ki, bişirmə üsulu onların sağlamlıq faydalarına təsir edir. Belə ki, yumşaq qaynadılmış yumurta orqanizm üçün ən faydalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru