Yumurtadan quş qripi keçə bilərmi?

Bu gün, 08:08           
Yumurtadan quş qripi keçə bilərmi?
Bütün mütəxəssislər yumurtanın çiy yeyilməsinin əleyhinədir.Foodinfo.az Ferra.ru-ya istinadən xəbər verir ki, əks halda xəstəliklərə səbəb olan təhlükəli virus və bakteriyalara tutula bilərsiniz.Salmonellaya yoluxma riskini azaltmaq üçün ABŞ-da satışda olan yumurtalar yuyulur və sonra satılana qədər soyuducuda saxlanılır. Avropada isə onlar yuyulmur, buna görə də alındıqdan sonra otaq temperaturunda saxlanıla bilər.Mağazadan aldığınız bütöv qabıqlı yumurtaların əksəriyyəti pasterizə olunmur, ona görə də onları 71,1 dərəcəyə qədər bişirmək lazımdır. Yaxşı olar ki, yumurtaları sarısı bərkiyənədək bişirəsiniz.Tərkibində yumurta olan qidalar da 32,2 dərəcədən yuxarı temperaturda iki saatdan çox saxlanılmamalıdır.Son zamanlar yüksək patogenli quş qripi növü olan H5N1 2022-ci ilin yanvar ayından ABŞ-da yüzlərlə vəhşi və ev quşları arasında yayılıb. Professoru Maykl Persianın sözlərinə görə, insanların bu virusa yoluxma ehtimalı azdır, cünki kommersiya təsərrüfatlarında quşları vəhşi quşlardan ayrı saxlamaq üçün ciddi biotəhlükəsizlik tədbirləri görülür.H5N1 isə ölümcül olduğu üçün virus hər hansı bir yumurtaya yoluxmazdan əvvəl fermerlər bütün toyuqlarını tez kəsməli olurlar.Bundan əlavə, yumurtaları düzgün temperaturda (71,1 dərəcə) bişirsəniz, zərərli patogenlər olmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.