Zukerberq 3600 əməkdaşını işdən çıxaracaq

16-01-2025, 10:14           
Zukerberq 3600 əməkdaşını işdən çıxaracaq
"Meta" şirkəti işçi heyətinin 5%-ni, yəni təxminən 3600 nəfəri ixtisar edəcəyini təsdiqləyib.
Bu barədə "CBS News" məlumat yayıb.

Meta-nın baş direktoru Mark Zukerberqin göndərdiyi xidməti qeydə əsasən, bu qərar qarşıdan gələn "gərgin il" ilə əlaqədardır. İl ərzində süni intellekt texnologiyalarının və ağıllı eynəklərin inkişafına yönəlmiş yeni layihələrə diqqət ayrılacaq.

Zukerberqin sözlərinə görə, ixtisar əsasən aşağı səmərəlilik göstərən işçilərə təsir edəcək. 30 sentyabr 2024-cü il tarixində Meta-nın ümumi işçi sayı təxminən 72 400 nəfər təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru