Hindistanda fil izdihama hücum etdi VİDEO

28-06-2025, 15:34           
Hindistanda fil izdihama hücum etdi VİDEO
Hindistanda fil festival çərçivəsindəki küçə yürüşü zamanı izdihama hücum edib.

"Daily Mail" xəbər verir ki, Əhmədabad şəhərində hər il keçirilən "Rath Yatra" festivalı zamanı yürüşdə iştirak edən fillərdən biri qəfildən izdihamın üzərinə yeriyib.

Məlumata görə, bir neçə nəfər yıxılaraq heyvanın pəncələri altında qalıb.

Yerli zooparkın əməkdaşları bildiriblər ki, müəyyən edilmiş protokola uyğun olaraq, filə dərhal sakitləşdirici vurulub.

Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb və təşkilatçılar tez bir zamanda asayişi bərpa ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru