Evdən iki metrlik ilan çıxdı

30-06-2025, 07:54           
Evdən iki metrlik ilan çıxdı
Türkiyədə Elazığın Palu rayonunda bir evdə qəflətən peyda olan iki iri ilan həm ev sakinləri, həm də ətrafdakılar arasında təşviş yaradıb.

News24.az xəbər verir ki, evdəkilər dərhal çölə çıxıb.

Mobil telefon kamerasına düşən görüntülərdə təxminən 2 metr uzunluğunda ilanların yerdən çıxaraq evin döşəməsi ilə hərəkət etdiyi görünür.

Kadrları izləyənləri ilanların böyüklüyü təəccübləndirib.

İlanların haradan peyda olduğu hələ məlum olmasa da, məhəllə sakinləri oxşar vəziyyətin yenidən baş verəcəyindən narahat olduqlarını bildiriblər.

Səlahiyyətlilər ərazidə araşdırma başladıb./medicina












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru