Xəzərdəki faciədə itkin düşən neftçilərdən birinin meyiti tapıldı

15-12-2016, 13:56           
Xəzərdəki faciədə itkin düşən neftçilərdən birinin meyiti tapıldı
Gecə saatlarında Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadanın uçması nəticəsində neftçilərin istirahət etdiyi budka dənizə düşüb. Budakada 10 nəfər işçi olub. Aldığım ilkin məlumata görə bir nəfərin (Cavid Bəhramovun-Atbulaq kəndindən) cəsədi tapılıb.

BAKU.WS-in məlumatına görə, bunu Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, qalan 9 nəfər neftçi itgin düşüb.

Onun sözlərinə görə, 2014-cü ildə də bu idarədə 3 dəfə qəza olub və nəticədə 5 nəfər həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru