Keçmiş gəlinini yaba ilə vəhşicəsinə öldürdü

15-12-2016, 19:06           
Keçmiş gəlinini yaba ilə vəhşicəsinə öldürdü
Keçmiş gəlinini yaba ilə öldürən şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Xaçmazda keçmiş gəlinini yabayla qətlə yetirməkdə təqsirləndirilən Məlikməmməd Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prokuror Ramin Nağdəliyev çıxışında təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qətl hadisəsi bu ilin iyul ayında Xaçmaz rayonun Uzunoba kəndində qeydə alınıb. 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə qətlə yetirib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə M.Adıgözəlovun vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, müvəkkili keçmiş gəlinini onu təhqir etdiyi və yüngül həyat tərzi yaşadığı üçün öldürüb.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən M.Adıgözəlov 16 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru