Həmyerlimiz Rusiyada adam oğurluğuna görə həbs edildi

15-12-2016, 21:41           
Həmyerlimiz Rusiyada adam oğurluğuna görə həbs edildi
Novosibirsk vilayətində insan oğurluğuna cəhdlə bağlı cinayət işi qaldırılıb.

Virtualaz.org xəbər verir ki, bu barədə mətbuata açıqlama verən Rusiya İstintaq Komitəsinin regional idarəsinin direktor müavini Anastasiya Kuleşova bildirib ki, şübhəli şəxs artıq həbs olunub. Bu insan oğurluğunda təqsirləndirilən 51 yaşlı Azərbaycan vətəndaşıdır. Həbs olunan şəxsin kimliyi açıqlanmır.

İstintaqın nəticəsinə görə, şübhəli şəxsin maddi çətinlikləri olub, oyun cihazlarında oynamaqla əlaqədar borcu yaranıb, buna görə də, öz keçmiş rəhbərini - 34 yaşlı Novosibirsk sakinini oğurlayıb. O, öz cinayətkar planını reallaşdırmaq üçün tanışına zəng vurub və cinayətin törədilməsi üçün icraçılar tapmağı istəyib.

Lakin bu xahişdən sonra həmin şəxs hüquq-mühafizə orqanlarına zəng edərək məlumat verib. Cinayətin icraçıları qismində “əməliyyat”da polis əməkdaşları iştirak ediblər. Onlar oğurladıqları şəxsi Lenin rayonunda kirayələdikləri evə gətiriblər. Daha sonra həmin şəxsə zəng edərək sifarişinin yerinə yetirildiyini və gəlib təhvil almasını bildiriblər. Oğurluğun təşkilatçısı mənzilə gəldikdən sonra dərhal polis əməkdaşları tərəfindən həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru