Azərbaycan Dövlət Pedaqoji Universitetinin keçmiş rektoru ilə bağlı iddialar yalan çıxdı
30-11-2016, 14:22
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuş və bu ilin may ayının 5-də vəzifəsindən azad olunmuş Yusif Məmmədovla bağlı teref.az portalında yayılan və haqqında məhkəmə iddiası qaldırılan materailla bağlı apardığımız araşdırmalar da təsdiqlədi ki, yazılanların heç bir həqiqət payı olmayıb.
teref.az bildirir ki, əslində redaksiyamızın elektron ünvanına göndərilən bu material işçilərin məsuliyyətsizliyi səbəbindən yoxlanılmadan sayta yerləşdirilib ki, buna görə Yusif Məmmədovdan teref.az olaraq üzr istəyirik, yazılanları təkzib edirik.