Ermənistanın Baş Prokurorluğu seçki pozuntularına dair 1594 qanun pozuntusunu araşdırıb

3-04-2017, 08:46           
Ermənistanın Baş Prokurorluğu seçki pozuntularına dair 1594 qanun pozuntusunu araşdırıb
Ermənistan Baş Prokurorluğunun İşçi Qrupu yerli vaxtla saat 20:00-adək seçki pozuntularına dair 1594 qanun pozuntusunu araşdırıb.
"Report"un məlumatına görə, bu barədə "News.am" Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, müraicətlərin 254-də seçki prosesiylə bağlı cinayət əlamətləri aşkarlanıb. Onlardan 87-i başqa seçici və ya təkrar səsvermə ilə bağlı qanun pozuntusuna aiddir.
Daha 74 qanun pozuntusu seçicinin azad iradəsini reallaşdırmasına mane olmaq, 45 fakt səsvermənin prosesinin gizliliyinin pozulması, 38 pozuntu seçki komissiyalarının etimad göstərdiyi KİV nümayəndələrinin fəaliyyətinə maneçilik, 10 fakt isə rüşvətlə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru