Ermənistandakı seçki ilə bağlı ilk həbs xəbəri gəldi

3-04-2017, 09:53           
Ermənistandakı seçki ilə bağlı ilk həbs xəbəri gəldi
Ermənistan hakimiyyəti total saxtakarlıq faktları ilə üz-üzə qalması səbəbindən müəyyən cəza tədbirlərinə əl atmağa başlayıb ki, etirazçı kütləni neytrallaşdırsın.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın hüquq mühafizə orqanları Armavir viklayətində təkrar səsverməyə cəhd faktı üzrə araşdırmalara başlayıb. Artıq faktla əlaqədar cinayət işi qaldırılıb. Ermənistanın İstintaq komitəsinin mətbuat xidməti məlumat verib ki, araşdırmalar nəticəsində Armavir şəhər sakini A. Kaqzvantsyan səhər saat 08.15-də səsvermə məntəqəsində səs verib. Ancaq bir neçə saat sonra o, yenidən həmin məntəqəyə gələrək təkrar səs vermək istərkən ifşa olunub. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və Kaqzvantsyan həbsedilib.

Maraqlıdır ki, hələlik müxalifət seçkinin ilkin nəticələri ilə bağlı təmkinli mövqedə dayanıb. “Exit poll” isə səslərin 75 faizini Sərkisyan və onun müttəfiqinin adına “yazıb”, müxalifəti kənarda saxlayıb. Amma yəqin ki, sabah Ermənistan müxalifəti “sükutu pozacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru