Arvad məmur ərini izləməyi tələb etdi - Bakıda qəribə olay

3-04-2017, 22:26           

Bakıda taksi qəribə hadisə baş verib.

Bu haqda azxeber.com-a taksi sürücüsü özü məlumat verib.

Onun dediyinə görə, qadın müştərilərdən biri sürücüyə ərini izləmək təklifi edib, əvəzində isə nə qədər pul istəsə verəcəyini bildirib. Sürücü bu təkliflə razılaşmayıb, bunun etik olmadığını deyib və qadını bu işdən yayındırmağa çalışıb. Sürücünün bu reaksiyası qadını daha da hiddətləndirib və o sürücüdən taksi şirkətinə şikayət edib.

Belə ki, qadın sürücünün ona əxlaqsız təklif etdiyini deyib. Şirkət məsələni araşdırıb və məlum olub ki, qadın yalan deyirmiş. Əvəzində taksi şirkəti bu addıma görə sürücünü mükafatlandırıb və onun balansına pul yükləyib.

Qeyd edək ki, sürücünün dediyinə görə izlənilməsi tələb olunan kişi məmur imiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru