Dünya neft ehtiyatları sürətlə azalır

4-04-2017, 20:53           
Dünya neft ehtiyatları sürətlə azalır
Mövcud neft ehtiyatları və neftlə yüklənmiş gəmilərin məcmu həcmi 3 aprel tarixinə 812 mln. barel təşkil edib. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın "Vortexa" informasiya-araşdırma şirkətinin neft sektoru üzrə analitikləri çıxış ediblər.
Şirkətin hesabatına görə, 2017-ci il yanvarın 1-nə məcmu qlobal neft ehtiyatları 978 mln. barel təşkil edib. Bu da ilk rübdə ehtiyatların 166 mln. barel və ya 17% azaldığını göstərir. "Vortexa"nın ekspertləri neft ehtiyatlarının gözlənildiyindən daha sürətlə azaldığını bildiriblər.
Qeyd edək ki, bugünkü proqnoz hesabatında Fransanın "BNP Paribas" bankı neft qiymətlərinin 2017-ci ilin III rübündə 65 dollar/barelə qədər yüksələcəyini qeyd edib. Hazırda "Brent" markalı neftin qiyməti 53,60 dollar/barelə bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru