Bakıda tikinti zamanı fəhlə hündürlükdən yıxılaraq iki ayağını qırıb

5-04-2017, 09:14           
Bakıda tikinti zamanı fəhlə hündürlükdən yıxılaraq iki ayağını qırıb
Bakının Yasamal rayonunda bina tikintisi zamanı fəhlə yıxılaraq iki ayağını qırıb.
"Report" xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsi, 576-cı məhəllədə qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Əsgərov Fərman Ələsgər oğlu 3-cü mərtəbədən yıxılıb. O, "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, F.Ələsgərovun hadisə nəticəsində iki ayağı sınıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru