Qaxda məktəb direktoru qəzaya düşüb

7-04-2017, 08:21           

Qaxda məktəb direktoru qəzaya düşüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə aprelin 6-ı axşam saatlarında Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində baş verib. Qax şəhər sakini, 1957-ci il təvəllüdlü Soltan Kazım oğlu Hacıyev idarə etdiyi “VAZ 21011” markalı 34-BC-703 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, hərəkətdə olan digər minik avtomobili ilə toqquşub. Qəzadan sonra “VAZ-21011”-in sürücüsü Soltan Hacıyev və digər avtomobildə olan sərnişin, Qax sakini 1974-cü il təvəllüdlü Könül İmamzəddin qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX ) çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, xəstəxanaya daxil olan Soltan Hacıyevə döş qəfəsinin küt travması, Könül Məmmədovaya isə açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Qeyd edək ki, qəzaya düşən sürücü Soltan Hacıyev Qax şəhər 4 saylı tam orta məktəbin direktorudur.

Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru