Dünyanın ən iri ilanı yaxalandı

7-04-2017, 09:10           
Dünyanın ən iri ilanı yaxalandı
Amerikanın Florida ştatında uzunluğu 5 metr, çəkisi isə 65 kilo olan pitonu tutublar.



Bu barədə WPTV xəbər verib. Bu nəhəng pitonu sözügedən sahə üzrə ixtisaslaşan Nikolas Beynos və Leonardo Sançes yaxalayıblar. Onlar Florida ştatında piton ovçuları arasındakı yarışlarda iştirak edirlər. Öncə ilanı Sançez fərq edib: “Mən öncə “piton” deyə qışqırmağa başladım. Maşından hoppananda gördüm ki, iri bir piton suyun qırağındakı ağacların yanında dayanıb. İlan ovçularından biri onu quyruğundan yaxalayıb, digəri isə başından.



İlan gizlənməyə çalışsa da, iki kişi onu beş dəqiqə ərzində yaxalayıb, torbaya salmağı və avtomobilə atmağı bacarıblar.



Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru