Bakıda tək övladının ölümünə dözə bilməyən ata intihar edib

8-04-2017, 09:02           
Bakıda tək övladının ölümünə dözə bilməyən ata intihar edib
Axşam saatlarında Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində intihar hadisəsi baş verib.
"Report" xəbər verir ki, 55 yaşlı Nuriyev Nəriman Hüseynağa oğlu sirkə turşusu içərək özünə qəsd edib.
Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.
Qeyd edək ki, N.Nərimanın yeganə oğul övladı hadisədən bir gün əvvəl xəstəlikdən vəfat edib. Mərhum ata ölümündən əvvəl qohumlarına oğlunun həsrətinə dözə bilmədiyini və özünü öldürəcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru