Yunanıstanda narkodiler qruplaşmasının 7 üzvü həbs edilib

9-04-2017, 10:28           
Yunanıstanda narkodiler qruplaşmasının 7 üzvü həbs edilib
Yunanıstanın Sahil Mühafizəsi Albaniyadan İtaliyaya külli miqdarda narkotik maddə daşıyan beynəlxalq qruplaşmanı müəyyənləşdirdiyini xəbər verib.
"Report"un xarici mətbuaata istinadən verdiyi məlumata görə, qurum narkotik maddələrin daşınması üçün sürətli katerlərdən istifadə edildiyini bildirib.
Sahil Mühafizəsinin Narkotiklərlə Mübarizə bölməsi bununla bağlı keçirilən əməliyyat zamanı 7 nəfəri həbs edib. Onlardan 5-i alban, 2-i yunandır. Cinayətkarlardan 1,5 tondan çox marixuana götürülüb və qruplaşmanın 2 sürətli kateri müsadirə edilib.
Hesablamalara əsasən qruplaşma üzvləri qeyri-leqal yolla milyonlarla avro pul qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru