Goranboyda mikroavtobus aşıb, 3 nəfər yaralanıb

9-04-2017, 10:47           
Goranboyda mikroavtobus aşıb, 3 nəfər yaralanıb
oranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Dəliməmmədli yaşayış məntəqəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sərnişin daşıyan mikroavtobus "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan Vuqar Bayramov, Nəcibə Şirinova və Məhruzə Tağıyeva adlı şəxslər yaralanıb. Onlardan ikisi sərnişindir, digər bir nəfər isə avtomobillərdən birinin sürücüsüdür. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalara çatdırılıb.
Fakt araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru