Rusiyanın Kamçatka diyarı sahilləri yaxınlığında 4,9 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Ust-Kamçatsk şəhərindən 78 km şimal-şərqdə, ocağı isə 37 km dərinlikdə yerləşib.
Kamçatka diyarının yaşayış məntəqələrində zəlzələ hiss olunmayıb. Dağıntı və zərərçəkən yoxdur.