Liftdə faciənin təfərrüatları

10-04-2017, 13:45           
Liftdə faciənin təfərrüatları
Aprelin 8-də Bakı şəhərinin Xətai rayonunda gənc oğlanın liftin şaxtasına yıxılaraq ölüməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, ilkin araşdırmalar zamanı məlum olub ki, 28 yaşlı Nurlan Həsənov binanın 11-ci mərtəbəsindən şaxtaya yıxılıb. Belə ki, axşam saatlarında aşağı düşmək üçün liftin düyməsinə sıxan N.Həsənov qapının açıldığını, lakin liftin hələ gəlmədiyini görüb. O, başını lift şaxtasına doğru əyib və liftin harada olmasını müəyyənləşdirməyə çalışıb. Bu zaman yuxarı mərtəbədə olan lift aşağı enərək onun başına çırpılıb. Zərbənin təsirindən N.Həsənov şaxtaya yıxılıb və hadisə yerindəcə keçinib.

Araşdırmalar davam etdirilir.

*****

8 aprel

Bakı sakini faciəvi şəkildə ölüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin lift boşluğuna yıxılması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1989-cu il təvəllüdlü Həsənov Nurlan Şahmərdan oğlunun cəsədini lift boşluğundan çıxararaq aidiyyati üzrə təhvil veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru