İranda ruhi xəstə olan azərbaycanlını edam etdilər – Şok olay

10-04-2017, 20:50           
İranda ruhi xəstə olan azərbaycanlını edam etdilər – Şok olay
Hüquq müdafiəçiləri aprelin 4-də Təbriz Mərkəzi Zindanında asılaraq edam edilən bir məhkumun ruhi xəstə olduğuna dair məlumat yayıb.
İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, zindanın həyətində asılan Mürvət Abbasi qətl ittihamı ilə mühakimə edilmişdi və 4 ildir Təbriz zindanında saxlanılırdı. HRA ona rəsmi qurumlar tərəfindən də ruhi xəstə diaqnozu qoyulduğunu yazıb. “Mürvət Abbasi qətlə təşəbbüs etmədən öncə psixi problemlər yaşadığı üçün ona ruhi xəstə diaqnozu qoyulmuş və əsgərlikdən azad edilmişdi,” deyə agentliyin xəbərində deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.