Mədəniyyət və Turizm Nazirliyi Bakıda hostelə qarşı reyd keçirilməsinə münasibət bildirib

11-04-2017, 21:56           
Mədəniyyət və Turizm Nazirliyi Bakıda hostelə qarşı reyd keçirilməsinə münasibət bildirib
“Mədəniyyət və Turizm Nazirliyi Bakıda hostellə bağlı baş verən hadisədən məlumatlıdır”.
Bu barədə “Report”a nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov Bakıda hostel xidməti göstərən obyektə qarşı keçirilən reydə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı nazirlik müvafiq qurumlarla danışıqlar aparıb.
“Bildiririk ki, ölkədə yalnız yüksək kateqoriyalı mehmanxanaların deyil, ümumilikdə aşağı kateqoriyalı mehmanxanaların və hostellərin də inkişaf etdirilməsi, daha da çoxaldılması, eləcə də onların müasir səviyyədə turistlərə xidmət göstərməsində maraqlıyıq. Bu, bizim üçün vacib istiqamətlərdəndir” - deyə, şöbə müdiri əlavə edib.
Nazirlik rəsmisi onu da qeyd edib ki, hadisə məhkəmə predmetidir: “Aidiyyəti üzrə məhkəmə instansiya orqanlarına müraciət oluna bilər”.
Qeyd edək ki, Bakıda hostel xidməti göstərən obyektə qarşı reyd keçirilməsi sosial şəbəkələrdə qınağa səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru