Orta ixtisas təhsili üzrə ixtisasların sayı artırılıb

12-04-2017, 09:17           

Orta ixtisas təhsili üzrə ixtisasların sayı artırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin təklifini nəzərə alaraq, “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na dəyişiklik edib.

Dəyişikliyə əsasən “Təhsil ixtisasları qrupu” bölməsi üzrə “Rəqs müəllimliyi”, “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsi üzrə “Turizmin iqtisadiyyatı”, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsi üzrə “Rekreasiya, idman və sağlamlıq turizmi” ixtisasları yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru