"SOCAR Polymer" layihəsinin Polipropilen Zavodunda işlərin 71%-i görülüb

12-04-2017, 13:24           
"SOCAR Polymer" layihəsinin Polipropilen Zavodunda işlərin 71%-i görülüb
Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən "SOCAR Polymer" layihəsinin icrası uğurla davam etdirilir. "Report" xəbər verir ki, bunu IV Beynəlxalq "Caspian Energy Forum-2017" konfransında çıxışında "SOCAR Polymer" şirkətinin baş maliyyə analitiki Babək Beydullayev bildirib.
O qeyd edib ki, Polipropilen Zavodu üzrə işlərin 71%-i, Yüksək Sıxlıqlı Polietilen Zavodu üzrə işlərin 27%-i icra olunub. Onun sözlərinə görə, bu ilin sonuna mexaniki işlər tamamlanacaq.
Şirkət nümayəndəsi 2018-ci ildə istehsala başlanacağını bildirib: "SOCAR Polymer"in iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. "SOCAR-GPC" layihəsinin işə düşməsindən sonra polipropilen istehsalının ildə 300 min tona çatdırılması nəzərdə tutulur. İstehsal ediləcək məhsulların 30-40%-i yerli bazara, 60-70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru