İctimai TV-nin Yayım Şurasına yeni üzvlər seçib - SİYAHI

14-04-2017, 14:42           
İctimai TV-nin Yayım Şurasına yeni üzvlər seçib - SİYAHI
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlərin seçilməsi müzakirə olunub.

APA-nın məlumatına görə, namizədlər barədə Mədəniyyət komitəsinin sədri rafael Hüseynov məlumat verib.

Namizədlər Mətbuat Şurası tərəfindən namizədliyi irəli sürülən Azər Həsrət, Yadigar Məmmədli, Milli Elmlər Akademiyası tərəfindən Muxtar İmanov, Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən isə Həsən Cəfərov və Əli Cəfərov olub.

Səsvermə nəticəsində Azər Həsrət, Muxtar İmanov və Həsən Cəfərov Yayım Şurasına üzvlüyə seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru