APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, bu gün rayon sakini, 1959-cu il təvəllüdlü Aydın Musa oğlu Musayev qonşusu Nəbi (soyadı dəqiqləşməyib) adlı şəxs tərəfindən güllələnərək öldürülüb.
Qeyd edək ki, hadisəni törədən şəxs keçmiş polis işçisidir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.