Bakıda maşın körpüdən aşıb, sürücü ağır yaralanıb

15-04-2017, 08:15           
Bakıda maşın körpüdən aşıb, sürücü ağır yaralanıb
Bakının Qaradağ rayonunda minik avtomobili körpüdən yerə aşıb.
"Report" xəbər verir ki, 1995-ci il təvəllüdlü Vəliyev Şəhriyar Kərrar oğlu Lökbatan qəsəbəsində, "Meyvəli Bazar" yaxınlığındakı körpüdə idarə etməni itirərək "Mercedes" markalı avtomobilini yerə aşırıb.
Nəticədə Ş.Vəliyev avtomobilin salonuna sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü avtomobilin salonundan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru