Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, Babək prospektində yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Şirinova Aytac Bəkir qızını minik avtomobili vurub. Hadisəni törədən sürücü xəsarət alan piyadanı xəstəxanaya aparıb. Faktla bağlı sürücünün izahatı alınıb.