9 yaşlı uşağı maşın vurdu

23-04-2017, 20:35           
9 yaşlı uşağı maşın vurdu
Günorta saatlarında Mingəçevir şəhərində azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

teref.az "Report"a istinadən xəbər verir ki, şəhərin Samux küçəsində yaşayan 1998-ci il təvəllüdlü Hüseynova Zəhra Novruz qızı "Jiquli" markalı avtomobil tərəfindən vurulub.

Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Eldar Kərimovun məlumatına görə, vurulan azyaşlıya açıq kəllə-beyin travması, baş-beyin silkələnməsi, sümüyün sınığı, sol göz nahiyəsinin hipetoması diaqnozu ilə çevik tibbi müdaxilə olunub. Hazırda xəstənin vəziyyəti sabit-ağır olaraq qiymətləndirilir.

Mingəçevir şəhər polis şöbəsindən əldə olunan ilkin məlumata görə, hadisə ilə bağlı təhqiqat aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru