Almaniyada terror təhlükəsi barədə məlumatlardan sonra 2 nəfəri saxlanılıb

3-06-2017, 08:23           

Almaniyanın Hessen vilayətinin polisi Rock am Ring rok festivalındakı terror təhlükəsi barədə məlumatlardan sonra 2 nəfəri saxlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Welt nəşri xəbər verir.

Məlumata görə, saxlanılanlar, festivalın təşkilatçıları ilə əməkdaşlıq edən subpodratçı şirkətin işçiləri olublar, onlardan ən azı biri sələfidir.

Qeyd edək ki, son məlumatlara görə, festivalın keçirildiyi ərazini ümumilikdə 90 min tamaşaçı tərk etməli olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.