Rəsulzadənin nəvəsinin rəsm sərgisi açılacaq

3-06-2017, 08:53           
Rəsulzadənin nəvəsinin rəsm sərgisi açılacaq
İyunun 5-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Əməkdar Rəssam Rəis Rəsulzadənin sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq.
Gununsesi.info xəbər verir ki, ekspozisiyada rəssamın peyzaj və portret janrlarında olan əsərləri sərgilənəcək. Doğma vətəninin gözəlliklərini tablolarda əbədiləşdirən R.Rəsulzadənin yağlı boya ilə çəkdiyi “Çinarlar”, “Çaykənd yağışdan sonra”, “Quşçular kəndi”, “Abşeronda”, “Kəpəz və Murovdağ”, “Dəniz kənarında qəsəbə”, “Şəkidə bahar”, “Şahdağ” kimi əsərləri də sərgidə yer alacaq.
Sərgi bir həftə davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru