Müəmmər Qəddafinin oğlu azadlığa buraxılıb

11-06-2017, 07:59           
Müəmmər Qəddafinin oğlu azadlığa buraxılıb
Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl İslam Qəddafi ölkənin Zintan şəhərindəki həbsxanadan azadlığa buraxılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Seyf əl İslam Qəddafini həbsdə saxlayan yerli silahlı qruplaşmanın bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, Qəddafinin oğlu Liviya parlamentinin qəbul etdiyi ümummilli amnistiya qərarı əsasında iyunun 9-da azadlığa buraxılıb.

Qəddafinin qohumları Seyf əl İslamın Zintan şəhərini artıq tərk etdiyini və təhlükəsiz yerdə olduğu bildiriblər.

Seyf əl İslam 2011-ci ildə əsir götürülərək indiyədək Liviya həbsxanasında saxlanılıb. O 2015-ci ildə ölüm cəzasına məhkum edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru