BBC-nin aparıcısı canlı yayımda bir neçə dəqiqə sakit oturub

22-06-2017, 08:08           
BBC-nin aparıcısı canlı yayımda bir neçə dəqiqə sakit oturub
Britaniyanın BBC telekanalında xəbərlər verilişinin aparıcısı Hyu Edvards texniki nasazlıq üzündən canlı yayımda iki dəqiqədən çox dinməzcə oturub.
"Report" xəbər verir ki, bu barədə "The Guarduan" məlumat yayıb.
Tamaşaçıları təəccübləndirən hal efirdə cansıxıcı sükutun yaranması deyil, jurnalistin çox sərt və gərgin üz ifadəsi olub. Bununla belə sakitliyi bir neçə dəfə efirə gedən "Xəbərlərin təcili buraxılışı" verilişinin anonsu pozub. Bundan sonra telekanal işini dayandırıb.
Veriliş 4 dəqiqə gecikmə ilə bərpa olunub. Edvards buraxılışa salamlama və nasazlıqla əlaqədar üzürxahlıqla başlayıb.
İnsident sosial şəbəkələrdə qızğın reaksiya doğurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru