Pakistanda yanacaq daşıyan avtomobilin yanması nəticəsində ölənlərin sayı 152-yə çatıb

26-06-2017, 09:42           
Pakistanda yanacaq daşıyan avtomobilin yanması nəticəsində ölənlərin sayı 152-yə çatıb
Pakistanın Pəncab əyalətində yanacaq daşıyan avtomobilin yanması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 110 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

Hadisə iyunun 25-i, səhər saatlarında yanacaq daşıyan yük maşının aşmasından sonra qeydə alınıb. Yerli sakinlər maşının çənindən yanacaq yığmaq istəyərkən güclü yanğın başlayıb. İnsident nəticəsində ətrafda onlarla avtomobil yanıb. İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb atılan siqaret kötüyü olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru