Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı

26-06-2017, 09:52           
Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı
Argentinanın qərbindəki Mendos vilayətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 12 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Todo Noticias" telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə zamanı avtobusda çoxlu sayda yetkinlik yaşına çatmayanlar olub. Qəza yerində xilasedicilər və həkimlər işləyir. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Qəzanın başvermə səbəbləri hələlik müəyyənləşdirilməyib. Polis qeyd edib ki, ölənlərin sayı arta bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru