Bakıda metro stansiyasının yaxınlığından uşaq tapıldı, ailəsi axtarılır

16-09-2017, 13:48           
Bakıda metro stansiyasının yaxınlığından uşaq tapıldı, ailəsi axtarılır
Sentyabrın 14-də gecə saatlarında polis əməkdaşları tərəfindən metronun “20 Yanvar” stansiyasının yaxınlığında uşaq tapılıb. Azyaşlı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Bu barədə virtualaz.org saytına birliyin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, oğlanın 10 yaşı var. “Uşağın əqli və fiziki qüsuru var, amma fikirlərini çatdıra bilir. Dediklərindən məlum olur ki, atalığı tərəfindən evdən qovulub. Uşağa fiziki və psixoloji zorakılıq olunduğunu güman edirik. Hələlik onunla psixoloq işləyir”, - K.Ağazadə bildirib.

Uşağın valideynləri axtarılır: “Sığınacağa bir nəfər zəng vurdu və iddia etdi ki, uşaq özü evdən qaçıb. Bu gün isə bir nəfər gəldi və özünü uşağın xalası kimi təqdim etdi. Birlik polis əməkdaşları olmadan onun uşaqla görüşməsinə icazə vermədi. Yalnız hüquq-mühafizə orqanlarının icazəsi ilə uşaq yaxınlarına verilə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.