Çində 6,2 bal gücündə zəlzələ olub. "Report" xarici KIV-ə istinadən xəbər xerir ki, yeraltı təkanlar Sintzyan-Uyğur Muxtar Vilayətinin Karamay şəhərindən 159 km qərbdə qeydə alınıb. Zəlzələnin episentri Çin-Qazaxıstan sərhədindən 30 km məsafədə yerləşib. Hələlik dağıntı və ya tələfat barədə məlumat verilmir.