Bakıda orta yaşlı kişi qonşusu tərəfindən beşbarmaqla döyülüb

19-09-2017, 08:50           
Bakıda orta yaşlı kişi qonşusu tərəfindən beşbarmaqla döyülüb
Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib
"Report" xəbər verir ki, 45 yaşlı Əmirov Rizvan Faiq oğlu Sarabski küçəsi, 36 ünvanında qonşusu ilə mübahisə edib.
Nəticədə onlar əlbəyaxa olublar və R.Əmirov döyülərək ağır xəsarət alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
R.Əmirov polisə ilkin ifadəsində bildirib ki, qonşusu onu beşbarmaq adlanan küt alətlə döyüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru