Ziya Məmmədov jurnalistləri ələ saldı — "Açıqlama yerinə bağlama alarsız"

19-09-2017, 12:52           
Ziya Məmmədov jurnalistləri ələ saldı — "Açıqlama yerinə bağlama alarsız"
Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov evinin satışa çıxarılması barədə yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib.

Z.Məmmədov "Ölkə.Az"-a açıqlama verməklə bağlı zənginə isə cavab verərkən bildirib ki, jurnalistlərə açıqlama verməyəcək:

"Jurnalistlər, indi də açıqlama yerinə bağlama alarsız", - deyə Z.Məmmədov cavab verib.

Daha sonra isə Ziya Məmmədov telefonu söndürüb.

Xatırladaq ki, "unikal.org" saytının yaydığı xəbərə görə, sabiq nəqliyyat naziri Ziya Məmmədov evini satışa çıxarıb.

Xəbərdə bildirilir ki, Ziya Məmmədov "Nizami" metro stansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşən tikilidəki 250 kvadrat metrlik sahəsi olan mənzilini 750 min manata satır.

Z.Məmmədovun evini hansı səbəbdən satdığı açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru