Bakıda kütləvi dava olub. "Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Ramana qəsəbəsi, "Südçülük Sovxozu" kimi tanınan ərazidə 5 nəfər arasında dava olub. Nəticədə 1972-ci il təvəllüdlü Nəcəfov Müşviq Tofiq oğlu və 1972-ci il təvəllüdlü Kərimov Hidayət Səlim oğlu bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. M.Nəcəfovun vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.