Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi olub. "Report" xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində yerləşən "Ordubad" kafesində baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Hüseynov Urxan Ceyhun dava zamanı bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.