Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1976-cı il təvəllüdlü Pərviz Əlizahab oğlu Rəhmanov yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.