İşdən qayıdan qadın ərinin meyitini tapdı - Bakıda dəhşət

22-12-2017, 13:32           

Bakıda 54 yaşlı kişinin intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

teref.az lent.az-a istinadən bildirir ki, Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər bağ massivində 1963-cü il təvəllüdlü Məmmədov Mehman Əsədulla oğlu həmin evdə kirayə yaşayıb. Əslən Ucar rayonunun Qulabənd kəndindən olan M.Məmmədov işsiz olub. O, həyat yoldaşı və iki övladı ilə birgə həmin evdə yaşayıb. Bildirilir ki, M.Məmmədovun borcu olub.

Hadisənin baş vermə şəraitinə gəlincə, Mehman Məmmədovun həyat yoldaşının çörəkbişirmə sexində işlədiyi və gecə növbəsindən sonra evə qayıdanda həyat yoldaşının özünü asdığını görüb. Hadisə vaxtı 54 yaşlı kişi evdə tək olub. O, içi metal olan kapron iplə özünü yataq otağının qapısının çərçivəsindən asıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.