Eastnews.org-un verdiyi xəbərə görə, Amerikanın Missuri ştatının Sent-Luis şəhərində yaşayış evlərindən birinə daxil olan qarətçilərin açdığı atəş nəticəsində 3 qadın həyatını itirib. Xəbərdə bildirilirki, qadınlar hücum zamanı qarətçilərdən gizlənməyə çalışıblar. Hadisədən sonra heç kim saxlanılmayıb.