Bakıda 35 yaşlı qadın döyülərək qabırğaları sındırılıb
24-12-2017, 23:51
Bakının Nəsimi rayonu ərazisində döyülmə hadisəsi baş verib. "Report" xəbər verir ki, 1982-ci il təvəllüdlü Əhmədova Gülnar Polad qızı yaxınlıqdakı kafedən çıxan orta yaşlı tanış kişi tərəfindən döyülüb. Qadının qabırğa sümükləri sınıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.