ABŞ-da təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

25-12-2017, 08:26           
ABŞ-da təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb
ABŞ-ın Tampa şəhəri (Florida ştatı) yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı məlumat verib.


Məlumata əsasən, Bartau bələdiyyə aeroportundan hava qalxdıqdan sonra yerə çırpılan “Cessna 340” təyyarəsi partlayıb və tamamilə yanıb.

Hadisə nəticəsində bir ailənin dörd üzvü daxil olmaqla 5 nəfər ölüb.

İlkin versiyaya görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.