Tiflisdə hoteldə yanğın baş verib

25-12-2017, 08:31           
Tiflisdə hoteldə yanğın baş verib
Gürcüstan paytaxtının mərkəzində "Rooms Tbilisi" hotelində yanğın baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə 15 yanğınsöndürən briqada cəlb edilib.

Hotelin 5-ci mərtəbəsində başlayan yanğının səbəbləri hələ ki, məlum deyil. İlkin məlumata əsasən, insident nəticəsində zərərçəkən olmayıb, hoteldə olan insanların təxliyə olunduğu bildirilir.

Hadisə yerinə Tbilisinin meri Kaxa Kaladze gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.