Azərbaycanda birdən-birə varlanan qrupun ŞOK CİNAYƏTLƏRİ - HAMISI TUTULDU

28-12-2017, 17:14           
Azərbaycanda birdən-birə varlanan qrupun ŞOK CİNAYƏTLƏRİ - HAMISI TUTULDU
Bir neçə gün əvvəl Bakıda bankomatdan külli miqdarda pul oğurlayan şəxsin digər cinayət əməli üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Xətai rayonu Axundov küçəsində quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayan İmişli rayon sakini, 31 yaşlı Orxan Əhmədovun bu əməli tək törətmədiyi üzə çıxıb. Bəlli olub ki, O.Əhmədova bankomatları yarmaqda Rizvan Ağayev, Xəyal Rüstəmov və Beyləqan rayon sakini olan Elməddin Zülfüqarov kömək edirmiş. Onların Xətai rayonu Əhmədli kəndində bələdiyyə binasında yerləşən bankomatı yararaq 51 min 200 manat oğurlaması da üzə çıxıb.

Qeyd edək ki, Orxan Əhmədov və digər şəxslər başqa-başqa vaxtlarda özünün əvvəlcədən seçdikləri və pulla dolu olan bankomatları hədəf seçib. Onlar pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edirmiş və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçirirmiş.

Araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.